Təhsil naziri bölgələrdə vətəndaşları qəbul edəcək. Lent.az-ın məlumatına görə, nazir Mikayıl Cabbarov iyulun 11-də Yevlaxda aran rayonlarının sakinlərinin müraciət və şikayətlərini dinləyəcək. Belə ki, nazir Yevlax şəhərində Yevlax, Ağdaş, Göyçay, Bərdə, Ağcabədi, Beyləqan, Ucar, Zərdab və Mingəçevir sakinlərini qəbul edəcək.
Bundan başqa, nazirin bu ay daxilində vətəndaşlarla növbəti görüşü Gəncə şəhərində olacaq. M. Cabbarov iyulun 27-də Gəncə, Gədəbəy, Tovuz, Ağstafa, Daşkəsən, Qazax, Samux, Şəmkir, Naftalan və Goranboy rayonlarının sakinlərini qəbul edəcək.