Təhsil naziri: “Rəqabətə davamlı, peşəkar insanlar yetişdirməliyik”
22 noyabr 2013 17:46 (UTC +04:00)

Təhsil naziri: “Rəqabətə davamlı, peşəkar insanlar yetişdirməliyik”

“Təhsil sistemi müstəqil Azərbaycanın milli dəyərlərini mənimsəmiş Azərbaycan vətəndaşı formalaşdırmalı, qloballaşan və müasir dünyada rəqabətə davamlı, peşəkar kompetensiyalara və biliklərə malik olan bir insan yetişdirməlidir”. Lent.az-ın məlumatına görə, bunu Təhsil Şurasının hesabat yığıncağında təhsil naziri Mikayıl Cabbarov bildirib.

 

Nazir qeyd edib ki,  ölkəmizin təhsil sisteminin və infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması isə əsas məqsədlərdən biridir. “Qeyd olunan məqsədlərə nail olmaq üçün təhsil sistemində şəffaflığın təmin edilməsi, yeni yanaşmaların tətbiqi, müasir idarəetmə modelinə keçilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi və bu kimi digər məsələlərə xüsusi diqqət yetirilməlidir. Azərbaycan təhsilinin yeni keyfiyyət mərhələsinə keçidi istiqamətində  genişmiqyaslı tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulur”.

 

M. Cabbarov vurğulayıb ki, şəxsiyyətyönümlü təhsil yalnız dərsliyin dəyişdirilməsi ilə kifayətlənmir. Bu, təhsilverənlə təhsilalan arasında ünsiyyətin təbiətinin də dəyişilməsini zərurətə çevirir: “İllərlə, on illərlə vərdiş olunmuş işə yanaşmaların yenidən baxılması və yeni məzmunundan necə istifadə edilməsi əsasdır. Təhsil sistemində mövcud olan müəllim ordusu, ali məktəblərdə, orta ixtisas təhsilində yeni məzmunun, məqsədlərin nədən ibarət olduğunu çatdıra bilirikmi və bu, gündəlik fəaliyyətdə hansı məsələlərin həllini tələb edir?”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1064

Oxşar yazılar