Təhsil haqqından azad edilənlərin sayı açıqlandı
26 may 2014 12:14 (UTC +04:00)

Təhsil haqqından azad edilənlərin sayı açıqlandı

Azərbaycanın ali məktəblərində təhsil alan 470 tələbə təhsil haqqından azad edilib. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Qəbul olunmuş müvafiq qərara  əsasən, ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad olunublar.

 

2013-2014-cü tədris ilində dövlət və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrin sayı 470 nəfər təşkil edir. Onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1086

Oxşar yazılar