Təcili yardım əhaliyə müraciət etdi
31 yanvar 2014 10:45 (UTC +04:00)

Təcili yardım əhaliyə müraciət etdi

 

 

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası pis hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Stansiyanın Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova Lent.az-a açıqlamasında deyib ki, son sutka ərzində stansiyaya 1600 çağırış daxil olub. 134 nəfər xəstəxanaya yerləşdirilib. Onların arasında 15 nəfərini uşaqlar təşkil edib. Xəstəxanaya yerləşdirilənlərin 22 nəfəri zədələnmə ilə müraciət edib.

 

Z. Vahidova deyib ki, hava şəraiti ilə əlaqədar hələlik cəmi 1 nəfər xəsarət alıb: “Dünən axşam saat 22.23-də 1 avtoqəza olub, 1 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Gecə sat 02.00 radələrində isə 1 nəfəri maşın vurub, o da Travmatologiya İnstitutuna yerləşdirilib”.

 

Z. Vahidovanın sözlərinə görə, hava şəraitinin axşama doğru daha da pisləşəcəyi və yolların buz bağlayacağı gözlənilir. Ona görə də əhali ciddi zərurət olmadığı halda evdən bayıra çıxmamalıdır: “Əhali öz təhlükəsizliyini özü qorumalıdır. Sürücülər də daha çox ictimai nəqliyyatdan istifadə etməlidirlər. Təcili yardıma edilən heç bir müraciət cavabsız qalmayacaq. Qış ayları başlayandan Stansiyaya belə havalarda hərəkət etmək üçün xüsusi təyinatlı maşınlar verilib”.

 

  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1733
avatar

Oxşar yazılar