Tarixçidən şok açıqlama: "Babək müsəlman olub"
27 aprel 2014 17:01 (UTC +04:00)

Tarixçidən şok açıqlama: "Babək müsəlman olub"

 

Tarixçi Ceyhun Bayramlının 2-ci kitabı çapdan çıxıb.

"Xürrəmilər dövründə erməni haylar indiki Ermənistan ərazisində cəm olmağa çalışıblar. Özlərinin Qriqoryan kilsəsi vasitəsi ilə İsəvi albanlara qarşı məkrli oyunlar oynayıblar. Silahlı qruplar halında fəaliyyət göstərməyə çalışıblar. Babək Xürrəmi 826-827-ci illərdən başlayaraq 3-4 il müddətində onları bu bölgədən tamamilə sıxışdırıb çıxartmış və qoşunlarını məğlub etmişdir".

Bunları tarixçi Ceyhun Bayramlı müəllifi olduğu "Təhrif edilmiş tarix: Babək və Hürrəmilər olduğu kimi" kitabının təqdimat mərasimində öz əsəri haqqında danışarkən deyib. Təqdimatda çıxış edən müəllif kitabda Babək və Xürrəmilər hərəkatına fərqli yanaşdığını, Babəki üsyançı deyil, dövlət başçısı kimi təqdim etdiyini, ümumilikdə həmin dövrə Sovet tarixçiliyindən fərqli yanaşdığını bildirib.

"Dünənə qədər üsyançı kimi xatırladılan Babək bu əsərdə müstəqil Hürrəmilər dövlətin başçısı kimi qeyd olunur. Və bunu isbatlayan mənbə məlumatları var".

Kitabda həmçinin Babəkin dini baxışı da fərqli təqdim edilir.

"Babək mütləq bugünkü cəmiyyətdə görünən ya Vəhhabi, ya əhli Sünnə, ya əhli Şiə ampulasında olan müsəlman olmuşdur. Xeyr! Babəkə müsəlman demək həqiqətdir, ona əmmamə geyindirmək mümkün deyil".

Təqdimatda çıxış edənlər kitabın Azərbaycan tarixinin az araşdırılmış bir dövrü əhatə etdiyini, fərqli və obyektiv yanaşıldığını qeyd ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3320
avatar

Oxşar yazılar