Taksi fəaliyyəti üçün lisenziya lazımdırmı? – <span style="color:red;">Nazirlikdən münasibət
30 sentyabr 2016 14:17 (UTC +04:00)

Taksi fəaliyyəti üçün lisenziya lazımdırmı? – Nazirlikdən münasibət

0

 

İqtisadiyyat Nazirliyi son günlər bəzi kütləvi informasiya vasitələrində taksi fəaliyyəti üçün lisenziyanın tələb olunması barədə yayılan məlumatlara münasibət bildirib.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə,  ölkə prezidentinin"Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında"  fərmanına və "Lisenziyalar və icazələr haqqında" qanuna əsasən, taksi fəaliyyəti üçün lisenziya alınması tələbi ləğv olunub.


Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli qərarına görə, taksi fəaliyyətini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödənilməsi ilə bağlı Bakı şəhəri üzrə Bakı Nəqliyyat Agentliyindən, ölkənin digər ərazisində isə Nəqliyyat Nazirliyindən "Fərqlənmə nişanı" almalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1085

Oxşar yazılar