Sürücülərə şad xəbər: Xutor dairəsində iş yaz aylarında yekunlaşacaq
08 yanvar 2014 11:38 (UTC +04:00)

Sürücülərə şad xəbər: Xutor dairəsində iş yaz aylarında yekunlaşacaq

Bakıda daha bir iri nəqliyyat layihəsinin icrası yekunlaşmaq üzrədir. Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, Hüseynbala Əliyev, Alı Mustafayev və A.Salamzadə küçələrinin Ziya Bünyadov prospekti ilə kəsişməsində yerləşən (Xutor dairəsi kimi tanınan qovşaq) ərazidə 3 tunel və bir körpüdən ibarət olan yol qovşağının tikintisi sürətlə davam etdirilir. Artıq layihə çərçivəsində işlərin 80 faizi görülüb.

 

Hazırda 3-cü mikrorayon dairəsini Karl Marks körpüsü və Salamzadə küçəsini Karl Marks körpüsü ilə birləşdirəcək tunellərdə üzlənmə işləri görülür. Hər iki tuneldə iş demək olar ki, yekunlaşdırılıb. 3-cü – Karl Marks istiqamətindən gələn nəqliyyat vasitələrinin Salamzadə küçəsinə maneəsiz gedişini təmin edəcək tuneldə isə torpaq işləri ilə paralel üzlənmə işləri də görülür. Yol ötürücüsündə də işlər demək olar ki, yekunlaşdırılıb. Körpüyə asfalt örtüyü çəkilib, işıqlandırma dirəkləri və s. quraşdırılıb.

 

Yol qovşağı bu ilin ilk rübündə, yaz aylarında istifadəyə veriləcək.

 

Qeyd edək ki, yol qovşağında tikilən 3-cü tunel birinci tunelin altından keçir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1368
avatar

Nizam Rza

Oxşar yazılar