Sürücülərə ŞAD XƏBƏR: “Forma-83” elektron formada veriləcək
20 dekabr 2013 18:49 (UTC +04:00)

Sürücülərə ŞAD XƏBƏR: “Forma-83” elektron formada veriləcək

Səhiyyə Nazirliyinin yeni elektron xidmətlərinin səhiyyə müəssisələrində tətbiq edilməsi prosesinin davamı olaraq, tibbi arayışların verilməsi işinin təkmilləşdirilməsi məqsədilə “Sürücülüyə yararlı olmaq barədə” (Forma AZS-83) tibbi arayışın elektron registri yaradılıb.


 

Nazirlikdən APA-ya verilən xəbərə görə, müvafiq tibbi arayışın səhiyyə müəssisələrində tətbiqi 1 yanvar 2014-cü il tarixindən etibarən “Vətəndaşların Elektron Sağlamlıq Kart Sistemi”dən (VESKS) çap edilərək vətəndaşlara verilməsi ilə təmin ediləcək.


Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması və texniki dəstəyinin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən göstəriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4920
avatar

Oxşar yazılar