Şuradan Litva təşkilatına dəstək
04 dekabr 2013 12:05 (UTC +04:00)

Şuradan Litva təşkilatına dəstək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Litvanın “Public Agency Geopolitical Studies” (Geosiyasi Tədqiqatlar Mərkəzi) təşkilatı Xocalı soyqırımının ildönümünə aid yazı müsabiqəsi elan edib.

Lent.az-ın məlumatına görə, Litvalı siyasətçilər, alimlər, tarixçilər, ictimai xadimlər Xocalı soyqırımına, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunan ən yaxşı tədqiqat işlərini müsabiqəyə təqdim edəcəklər. Müsabiqənin əsas məqsədi Xocalı soyqırımı və Qarabağ həqiqətləri haqqında Litva cəmiyyətində düzgün təsəvvürlər formalaşdırmaq və münaqişənin həllinə töhfə verməkdən ibarətdir.

Təşkilat ən yaxşı tədqiqat məqaləsinə görə 7 müəllifi qonorarla mükafatlandıracaq. Daha sonra müsabiqənin qalibləri mövzu ilə bağlı Azərbaycanda keçiriləcək dəyirmi masada iştirak edəcək və qalib gəlmiş məqalələr kitab şəklində nəşr olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Oxşar yazılar