Sumqayıtdan olan məzun I ixtisas qrupu üzrə maksimal bal toplayıb
22 may 2019 21:39 (UTC +04:00)

Sumqayıtdan olan məzun I ixtisas qrupu üzrə maksimal bal toplayıb

0

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini açıqlayıb.

 

ONA-nın Sumqayıt bürosunun məlumatına görə, imtahanda I ixtisas qrupu üzrə bir abituriyent Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb.

 

İmtahanda maksimum bal yığan abituriyent Tofiq Rexşan oğlu Muxtasanovdur. O, buraxılış imtahanında da yüksək nəticə göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1898

Oxşar yazılar