Bakının bəzi əraziləri sabah susuz qalacaq. Azərsu SC-dən Lent.az-a verilən məlumata görə, Səbail rayonu 2-ci mədən ərazisində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən 500 mm diametrli magistral su xətti köçürüləcək. Bununla əlaqədar yanvarın 15-də Səbail rayonunun Bibiheybət və Şıx qəsəbələrinə, həmçinin 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.