Su kanalını çirkləndirən şəxslər cərimələndi
07 iyun 2018 14:35 (UTC +04:00)

Su kanalını çirkləndirən şəxslər cərimələndi

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tullantı sularının kanala axıdılması ilə bağlı şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinın əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, araşdırma zamanı Ceyranbatan Su Anbarını qidalandırmayan kanalın sanitar-mühafizə zonasında yerləşən heyvandarlıq təsərrüfatlarında və “Ceyranbatan Dəmir-Beton” ASC-də formalaşan tullantı sularının birbaşa kanala axıdıldığı aşkar olunub.

 

Faktlarla bağlı heyvandarlıq təsərrüfatlarının sahibləri Yaşar Səfərov, Dilqəm Vəliyev, Famil Rüstəmov, Mahir Səfərov, Etibar Səmədov, Firdovsi Səfərov və  ASC-nin cavabdeh şəxsi Atəş Əmiraslanov barəsində protokol tərtib olunub və qanun pozucuları ümumilikdə 6950 manat məbləğində cərimə edilib.

 

Ərazidə yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt bələdiyyəsinə və aidiyyəti orqanlara məktublar göndərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar