Soyuq havada xəstələnməmək üçün necə qidalanmaq lazımdır?
01 noyabr 2014 16:11 (UTC +04:00)

Soyuq havada xəstələnməmək üçün necə qidalanmaq lazımdır?

"Soyuqdəymə və onun fəsadları qrip,  revmatizm və müxtəlif tənəffüs yollarının xəstəlikləridir. Soyuqdəymədən qorunmaq üçün yaz və payız fəsillərində əvvəlcədən orqanizmin immun sistemin yaxşılaşdırılması üçün  hazırlıqlar görmək lazımdır.  Qış mövsümü də soyuqdəymə və nəfəs yolları infeksiyaları ilə insanlar üçün narahatlıq yaradır.  Yüksək temperatur, əzələ ağrıları ilə özünü büruzə verən qrip və soyuqdəymə halları diqqət edilməsə, ciddi ağırlaşmalara səbəb ola bilər". Həkim-loğman Seyfəddin Əsəd  APA TV-yə müsahibəsində xəstəliklə mübarizə aparmaq üçün dərman preparatları ilə yanaşı, yaxşı istirahət, qidalanma və müxtəlif otlarla müalicə də əsas şərt olduğunu deyib.

 

"Hər səhər duş qəbul etmək lazımdır. Soyuq və isti duş prosedurundan hər səhər keçmək insan orqanizmini möhkəmləndirir, immun sisteminin formalaşmasına müsbət təsir edir. Təmiz havada  çox olmaq, çoxlu miqdarda meyvə-tərəvəz qəbul etmək  gərəkdir. Çünki orqanizm həm vitaminlər, həm də minerallar vasitəsi ilə çalışır.  Bütün bunlar olmayanda göz zəifləyir, saç tökülür, qulaq ağır eşidir. Eləcə də oynaq xəstəlikləri yaranır. Bir sözlə maddələr mübadiləsinə diqqət etmək lazımdır."

 

Həkim deyir ki, qış aylarında C vitamini ehtiyacını qarşılamaq üçün portağal, mandarin, qreyfurt, limon, pomidor, kələm, kivi kimi qidalara üstünlük verə bilərsiniz. Soyuqdəyməyə qarşı cökə, qarabaşaq və xəşəmbül balı daha effektlidir. Xalq təbabəti infeksiyanın ilk əlamətləri zamanı balın, boranı və turpla birgə istifadə olunmasını məsləhət görür. Gündə 1-2 diş sarımsaq da soyuqdəyməyə qarşı həbi əvəz edir. Sarımsaq qoxusunu isə ağız boşluğunu limon şirəsi ilə yaxalamaq vasitəsi ilə aradan götürmək olar.

 

"Soyuqdəymə əlaməti sarımsaq və soğan qəbul edən insanlarda çox az olur. Hər gün bir sarımsağı kəsib evdə stolun üstündə saxlamaq qripin qarşısını alır . O ki qaldı sarımsağın qəbulundan sonra ağız qoxusuna bunun qarşısını sadə yolla almaq olar, onu ülgüclə nazik doğrayıb bir stakan su ilə udmaq, bundan sonra isə kərövüz çeynəmək lazımdır".

 

Seyfəddin Əsədin sözlərinə görə ağır soyuqdəymə zamanı həmişə çoxlu maye qəbul etmək məsləhətdir. Bol isti maye qəbul etmək cökə, adaçayı, nanə və limon çaylarını gündəlik qida rasionundan əksik etmək məsləhət deyil. Otağın havasını tez-terz dəyişmək, aktiv həyat tərzi keçirmək məsləhət görülür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1414
avatar

Oxşar yazılar