Son buraxılış imtahanında “2” alan şagirdlərin sayı açıqlandı
25 iyun 2014 18:58 (UTC +04:00)

Son buraxılış imtahanında “2” alan şagirdlərin sayı açıqlandı

 

İyunun 24-də ümumi orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumat açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, ümumilikdə dünən imtahanda 17165 şagird iştirak edib.

 

11-ci sinif şagirdlərindən Ana dilindən 3312 nəfər “iki” , 3478 nəfər “beş” qiyməti alıb.  Riyaziyyatdan isə 3729 nəfər “iki”, 3385 nəfər isə “beş” qiyməti alıb.

 

9-cu sinfin şagirdlərinin nəticələrinə gəlincə, ana dilindən 6481 nəfər “iki”, 1944 nəfər isə “beş” qiyməti alıb. Bundan başqa, 7572 nəfər riyaziyyatdan “iki” qiyməti alsalar da,  2138 nəfər  “beş” qiyməti ala bilib.

 

Qeyd edək ki, 9-cu sinif üzrə buraxılış imtahanı verən şagirdlərin sayı 22431 nəfərdir və ən acınacaqlı vəziyyət məhz bu sinif üzrədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1478

Oxşar yazılar