Şirvanda ailə modeli ilə bağlı tədbir keçirilib
02 oktyabr 2014 10:02 (UTC +04:00)

Şirvanda ailə modeli ilə bağlı tədbir keçirilib

0

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi Uğurlu gənc ailə modeli formalaşdıraq!” layihəsi çərçivəsində sonuncu tədbir Şirvan şəhər Gənclər və İdman İdarəsində həyata keçirilib.

 

Lent.az-ın verdiyi məlumata görə, tədbirə bölgədə fəaliyyət göstərən yerli media nümayəndələri, gənclər və idman idarəsinin rəis müavini, rayon icra hakimiyyətinin məsul əməkdaşı, QHT-lərin və ictimaiyyətin nümayəndələri qatılıblar.

 

Tədbiri giriş sözü ilə açan İctimai Birliyin nümayəndəsi Yusif Poladov bildirib ki, layihənin həyata keçirilməsində məqsəd ailə hüquq sahəsində gəncləri maarifləndirmək, nikah qurmağa hazırlaşan gənclərə bu sahədə psixoloji dəstək vermək, nikah müqaviləsinin səmərəliliyi və üstün cəhətləri üzrə əhali arasında geniş maarif və təşviqat kampaniyasını təşkil etməkdir. Y. Poladov Nikahla bağlı qanuna dəyişikliklərin olunması haqqında məlumat verərək deyib ki, bundan sonra nikaha girən hər iki tərəf sağlamlıqla bağlı tibbi arayış təqdim edəcək. O ailə qurmaq istəyən hər iki şəxsin sağlamlıq haqqında tibbi arayış təqdim etməsinin onların gələcək ailə həyatında oynadığı müsbət rol haqqında da məlumat verib.  Tədbirdə Şirvan şəhər icra strukturlarının nümayəndələri də çıxış edərək, tədbirin gənclər üçün ciddi əhəmiyyətindən danışıblar, dövlətin də bu sahəyə daim diqqət ayırdığını vurğulayıblar.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 706

Oxşar yazılar