Sınaq qiymətləndirilməsinin nəticəsi yaxın vaxtlarda bilinəcək
16 iyun 2014 15:15 (UTC +04:00)

Sınaq qiymətləndirilməsinin nəticəsi yaxın vaxtlarda bilinəcək

0

Bakı şəhər Təhsil İdarəsi müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı növbəti məlumat yayıb. İdarədən Lent.az-a verilən məlumata görə, Bakıdəa fəaliyyət göstərən 357 dövlət ümumtəhsil müəssisələrində çalışan 29 min nəfər yaxın müəllim iştirak edib ki, bu da ümumi kontingentin 95 faizdən çoxunu təşkil edir.

 

Hazırda Cavab Kartlarının emalı prosesi gedir. Proses tam başa çatdıqdan sonra müəllimlər öz nəticələrini idarənin saytında yaradılacaq xüsusi bölmədə öyrənə biləcək.

 

Sınaq Qiymətləndirmədə istifadə edilmiş sualların və düzgün cavabların idarənin Facebookdakı səhifəsində yerləşdirilməsi də nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1121

Oxşar yazılar