Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabahın hava proqnozunu açıqlayıb.
Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, iyunun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.
Cənub-şərq küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 16-21 dərəcə, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu 19-22 dərəcəyə çatacaq.
Azərbaycanın rayonlarına gəlincə, iyunun 6-da hava şəraitinin əsasən yağmursuz, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 18-24 isti dərəcə olacaq.