Ötən gündən başlayaraq respublikanın şimal bölgəsinin bəzi rayonlarına qar yağıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, ən çox yağıntı Qusar rayonunun Ləzə kəndi ərazisinə düşüb. Burda yağıntının miqdarı 23 santimetrə çatıb. Quba Regional Hidrometeorologiya İdarəsindən APA-ya verilən məlumata görə, Xızı rayonun Altıağac qəsəbəsində qarın qalınlığı 20 sm, Quba və Qusara 12 sm, Xaltan-Susay-Qonaqkəndə 15 sm, Küpçal-Təngəaltı-Qonaqkənd zonasına isə 10 sm təşkil edir. Temperatur isə dağlıq ərazilərdə mənfi 12, dağətəyi ərazilərdə isə mənfi 5-6 dərəcəyə enib.