Şimal bölgəsində ekoturizmə dair yeni layihəyə start verilib
19 mart 2015 14:55 (UTC +04:00)

Şimal bölgəsində ekoturizmə dair yeni layihəyə start verilib

 

Gənclər üçün Təhsil Mərkəzinin Quba  Regional Ofisi “Yaşıl Biznes Sahibkarlıq İnnovasiyası” adlı proqrama start verib. 

 

Lent.az-ın məlumatına görə, layihənin  əsas məqsədi ölkəmizin turizm əhəmiyyətli şimal bölgəsində gənclərin ekoturizm quruculuğu sahəsində düzgün maarifləndirilməsinə kömək etmək, onların bu sahədə bacarıqlarını artırmaq və məsləhət almalarına şərait yaratmaqdır. Eyni zamanda, gənclərin ekoloji turizm obyektlərinin və təbiət abidələrinin mühafizəsinə cəlb edilməsi, habelə  biomüxtəlifliyin qorunmasına hesablanmış sahibkarlıq  fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulub.   

 

 

Layihə çərçivəsində keçiriləcək maarifləndirmə tədbirlərində  gənclərə yeni biznes modelləri, yerli biznesin inkişaf dinamikası, vergi qanunvericiliyi və digər istiqamətlərdə informasiyalar veriləcək, davamlı qaydada yerli icra hakimiyyəti orqanlarının və aparıcı biznes müəssisələrinin nümayəndələri tərəfindən görüşlər həyata keçiriləcək.

 

 

Qeyd edək ki, təlimlər Quba şəhər Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə həyata keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 105
avatar

Oxşar yazılar