Silahlı Qüvvələrimizin nümayəndələri bir neçə beynəlxalq tədbirlərdə iştirak edəcək. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Belə ki, Azərbaycan-ABŞ iş planına əsasən aprelin 23-dən 2015-ci ilin yanvar ayının 16-dək San Antonio şəhərində (ABŞ) ingilis dili təlimatçıları üçün təməl kursu və aprelin 23-dən mayın 1-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil standartları və qiymətləndirmə seminarı keçiriləcək.
Tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri təmsil olunacaq.