Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 3 Mart
03 mart 2015 20:06 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 3 Mart

GÜNÜN ŞƏRHİ

Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "dünya həminki dünya deyil, indi nə ideoloji müharibə, nə də soyuq müharibə təhlükəsi yoxdur" və eyni məkanda bunu dolayısı ilə inkar edən və Ufada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının növbəti toplantısında açıqladığı "bizim tərəfdaş ölkələrimizlə ciddi planlarımız var" bəyanatları yapon analitiklərin öz açıqlamalarında haqlı olduqlarını düşünməyə əsas verir. Şanxay Əməkdaşlıq Təşkilatına Hindistan və İranın da qoşulmaq istəmələri isə dünyada "köhnə dostluq" əlaqələrinin olduğu bu dövlətlərin yeni qütbləşmənin yaranmasının qığılcımları kimi görünür. Çünki İranın ali dini lideri Əli Xameneyinin də bir neçə gün əvvəl Avropanı qaz ixracından məhrum edəcəkləri ilə bağlı xəbərdarlığı da diqqətdən kənarda qalmamalıdır. Ukraynada baş verən hadisələrə görə Rusiyadan fərqli olaraq, İran illərdir qərbin sanksiyaları ilə üz-üzədir. Və bu dövlətlərin eyni ağızdan danışması başadüşüləndir. Qalır, hazırda iqtisadi maraqlarını hələlik daha çox üstün tutan Çin. Çinin bütün bunlara münasibətini isə yəqin ki, bu yaxınlarda Ufadan eşidəcəyik...
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 110
avatar

Oxşar yazılar