GÜNÜN ŞƏRHİ
Türkiyəni hədəfə almaq qlobal enerji layihələrini hədəfə almaqdır. Dövrün Türkiyə yorumu budur. Bu Türkiyə indi sanki 80-ci illərə qayıdıb. Yaxud da Türkiyəyə 80-ci illərin qayıda biləcəyi mesajı verilir. Paradoks da budur - əgər indiki texnoloji imkanlar o zaman olsaydı, nə ASALA, nə DHKP-C, nə PKK Türkiyənin mərkəzində at oynada bilməzdi. Bəs indi, 2015-ci ildə dövlətlərin imkanlarının bu qədər genişləndiyi dövrdə necə olur ki, İstanbulun mərkəzində bütün dünyaya səs salan terror aktları törədilir? Bu, dövlətin zəifliyindən irəli gəlmir, bu, Türkiyəyə qarşı daha güclü dövlətlərin oynaması deməkdir. İndiki dövrdə DHKP-C kimi sol qruplar təkbaşına, özbaşına iş görə bilməzlər, əgər arxalarında daha böyük güc, Türkiyədən böyük güc dayanmasa... Türkiyədən böyük güc isə supergüc, fövqəlgüc dövlətləridir. Ankaraya 80-lər mesajı hansı dövlətin verdiyini iddia yox, təxmin etmək olar. Son 20 ildir ki, terrorçu fəaliyyət dünyada stabillik üçün əsas təhdidə çevrilib. Adı dillər əzbəri olan Əl-Qaida, İŞİD kimi terror təşkilatlarının əslində hansı dövlətlərin layihəsi olduğunu zaman ortaya çıxıb. Ad çəkməyə nə gərək var?

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 2 Aprel
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06