[b]Bakıdakı sərnişin sıxlığına görə operativ işçi qüvvəsi yaradıldı[/b]
04 iyul 2018 12:13 (UTC +04:00)

[b]Bakıdakı sərnişin sıxlığına görə operativ işçi qüvvəsi yaradıldı[/b]

“Dünən axşam saatlarından metronun "Koroğlu" stansiyası ətrafından sərnişinlərin gediş-gəlişini təmin etmək üçün Bakıətrafı qəsəbələrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tapşırığı ilə əlavə avtonəqliyyat vasitələri cəlb edilib”.

 

Lent.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib: “Hazırda 24 əlavə avtonəqliyyat vasitəsi 20 yanvar m/st - "Avtovağzal" m/st üzrə sərnişin axınını nizamlamaq üçün Bakı Nəqliyyat Agentliyi ilə birgə gücləndirilmiş qaydada sərnişinlərin daşınmasını təşkil edir. Bakı Beynəlxalq Avtovağzal kompleksi öz növbəsində regionlara daşımaları həyata keçirən daşıyıcı şirkətlərə müraciət edərək 12 avtonəqliyyat vasitəsini əlavə olaraq xidmətə təqdim edib”.

 

N.Allahyarova məlumat verib ki, DANX-ın Xüsusi təyinatlı nəqliyyat vasitələri sərnişinlərin daşınması üçün BNA və DYP ilə birgə sıxlığın müşahidə olunduğu ərazilərdə xidmət edirlər: “Ümumilikdə şəhərlərarası daşımada iştirak edən daşıyıcıların iştirakı ilə DANX tərəfindən bu saata qədər 60 avtonəqliyyat vasitəsi əlavə olaraq xidmət üçün səfərbər edilib. Ehtiyac olarsa avtonəqliyyat vasitələrinin sayı artırılacaq. Xüsusi olaraq qeyd edək ki, sıxlığın ən çox müşahidə olunduğu ərazilər "Neftçilər", "Əhmədli", "20 yanvar" metro stansiyalarının önüdür. Həmin istiqamətlərdə əlavə nəqliyyat vasitələri xidmət edir”.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin tapşırığı ilə DANX-da Bakı şəhər inzibati ərazi dairəsində nəqliyyatın sıxlığının nizamlanması məqsədilə sərnişinlərin rahat gediş-gəlişini təmin etmək üçün BNA-ya dəstək olaraq operativ işçi qüvvəsi yaradılıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 373
avatar

Oxşar yazılar