Nazirlər Kabineti "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də dəyişikliklər edib. Lent.az-ın məlumatına görə, 3 nömrəli əlavədə - "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər"də edilən dəyişikliklə bu tələblər müqavilə (bağlaşma) üzrə hərbi xidmət keçən hərbi qulluqçulara da şamil edilib. Başqa bir dəyişiklik isə Sərhəd Qoşunlarında işə qəbul olunan vətəndaşların boyu ilə bağlı qoyulan məhdudiyyətin aradan qaldırılmasıdır. Qəbul edilmiş dəyişiklikdə əvvəllər mövcud olan minimum 155 sm boy həddi aradan qaldırılıb. Maksimum boy həddi isə əvvəllər olduğu kimi 185 sm saxlanılıb.