Serbiyanın gənclər və idman naziri Alisa Mariçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Gənclər və İdman Nazirliyindən Lent.az-a verilən məlumata görə, səfərin ilk günü A. Mariçi həmkarı Azad Rəhimov qəbul edəcək.
İyulun 2-də qonaqlar Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Nümayəndə heyəti Milli Olimpiya Komitəsində, “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda, Bayraq Meydanında, “Bakı-2015” Atletlər Kəndində, Gənclər Fondunda və bir sıra idman mərkəzində olacaq.