![Sentyabr ayına olan hava proqnozu <span style="color:red;">AÇIQLANDI](https://lent.az/storage/news/2019/august/30/big/fa1e2c36931de84f552ef4c2e151f506.jpg)
Sentyabr ayına olan hava proqnozu AÇIQLANDI
Sentyabr ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim norması göstəricilərinə uyğun olacağı gözlənilir.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yağıntıların ölkə ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın , bəzi Aran rayonlarında normadan az, ayrı-ayrı şimal və qərb rayonlarında isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci və ikinci ongünlükdə qeyri-sabit hava şəraitinin üstünlük təşkil edəcəyi ehtimalı var.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 17-22, gündüzlər 26-31, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 12-23 mm) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 26-31, bəzi günlərdə 34-37 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 7-13 mm) gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 15-18 dərəcə isti (gecələr 11-16, gündüzlər 18-23, bəzi günlərdə 26-31 dərəcə isti) gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (34-50 mm) gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 24-29, bəzi günlərdə 32-35 dərəcə isti) gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (17-44 mm) gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 18-23 dərəcə isti (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 32-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 33-120 mm) gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 18-23, gündüzlər 27-32, bəzi günlərdə 34-37 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir
qədər çox olacağı (norma 14-38 mm) gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 20-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 23-28, bəzi günlərdə 32-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 50-199 mm) gözlənilir.
![avatar](/storage/authors/71261544_59301322_2330722217203553_6289834619780988928_n.jpg)
Hicranə Əlişqızı
Oxşar yazılar
![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)
Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
26 iyul 2024 , 16:15![“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu](https://lent.az/storage/news/2024/july/26/big/66a3826beb61a66a3826beb61b172199178766a3826beb61566a3826beb617.jpg)
“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu
26 iyul 2024 , 15:12![Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI](https://lent.az/storage/news/2024/july/26/big/66a3650a948ff66a3650a94900172198426666a3650a948f966a3650a948fc.jpg)
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
26 iyul 2024 , 12:55Bakıda güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
26 iyul 2024 , 12:37![İnsan hüquqazidd əməl edərkən psixi fəaliyyəti müvəqqəti pozulubsa cəza alır? – CAVAB](https://lent.az/storage/news/2024/july/26/big/66a34e314a47466a34e314a475172197841766a34e314a46e66a34e314a471.webp)