Bu ilin yanvar-oktyabr aylarında sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,1% artaraq 182,5 min nəfər təşkil edib.
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onların orta aylıq əmək haqqı 8% artaraq 644,9 manat olub.
İşçilərin 37,5 min nəfəri mədənçıxarma, 91,2 min nəfəri emal, 30,1 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 23,7 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşib.
Əmək haqlarının daha çox artımı emal bölməsində elektrik avadanlıqları, dəri və dəri məmulatları, sair nəqliyyat vasitələri, geyim, qida məhsulları, içki, ağac emalı və ağacdan məmulatlar, kağız və karton, tikinti materialları, mebel, zərgərlik musiqi, idman və tibb avadanlıqları, neft məhsulları, rezin və plastmas məmulatların istehsalı müəssisələrində müşahidə olunub.
Qeyri-dövlət bölməsində işçilərin orta aylıq əmək haqqı 8,1% artaraq 749 manat təşkil edib.