Şəmkir rayonuna 3 milyon manat ayrıldı
13 iyun 2014 18:52 (UTC +04:00)

Şəmkir rayonuna 3 milyon manat ayrıldı

0

Prezident İlham Əliyev Şəmkir rayonunun Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın xəbərinə görə, beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Şəmkir Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1011

Oxşar yazılar