Səlim Müslümovun qəbul vaxtı dəyişdi
22 may 2014 10:53 (UTC +04:00)

Səlim Müslümovun qəbul vaxtı dəyişdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Salyan rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Qəbul günü mayın 30-dan mayın 29-na keçirilib.

 

S.Müslümov həmin gün saat 10:00-da Nazirliyin Salyan rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini qəbul edəcək.

 

Vətəndaşlar [email protected] elektron poçt ünvanı, habelə (012) 596-44-07 (nazirliyin Ümumi şöbəsi), (021) 255-22-87 (Salyan rayon ƏSMM), (021) 263-32-10 (Neftçala rayon ƏSMM), (025) 295-00-35 (Biləsuvar rayon ƏSMM), (026) 384-35-88 (Cəbrayıl rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. 

 

Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Salyan rayonuna aparılıb gətirilmələri təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723

Oxşar yazılar