Səlim Müslümov Sumqayıta gedəcək
17 fevral 2014 11:44 (UTC +04:00)

Səlim Müslümov Sumqayıta gedəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov növbəti vətəndaş qəbulunu Sumqayıt şəhərində keçirəcək. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.  Nazir fevralın 21-də Sumqayıt şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında şəhərin, eləcə də Qubadlı, Abşeron, Xızı rayonlarının sakinlərini qəbul edəcək.

 

Abşeron və Xızı rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların Əhalinin sosial müdafiəsi mərkəzlərinin (ƏSMM) inzibati binalarının qarşısından ayrılmış  nəqliyyatla Sumqayıt şəhərinə aparılıb - gətirilmələri təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar