Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Siyəzən rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Qəbul dekabrın 6-da Siyəzən rayon Əhalinin sosial müdafiəsi mərkəzində baş tutacaq.
Qəbulda iştirak edəcək vətəndaşların Nazirliyin həmin rayon üzrə Əhalinin sosial müdafiə mərkəzlərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Siyəzən rayonuna aparılıb gətirilmələri təmin ediləcək.
Vətəndaşlar qəbula yazılmaq üçün [email protected] elektron poçt ünvanına, həmçinin Rayonlar üzrə Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət edə bilərlər.