Yanvarın 24-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək. Bu barədə Lent.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qəbulda Lənkəran, eləcə də Lerik, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbulda iştirak edəcək vətəndaşların nazirliyin həmin rayon üzrə əhalinin sosial müdafiəsi mərkəzlərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Lənkəran şəhərinə aparılıb gətirilmələri təmin ediləcək. Vətəndaşlar qəbula yazılmaq üçün [email protected] elektron poçt ünvanı ilə və Nazirliyin Aparatındakı (012) 596 44 07) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.