Səlim Müslümov BMT-nin xüsusi sessiyasında çıxış edib
23 sentyabr 2014 10:52 (UTC +04:00)

Səlim Müslümov BMT-nin xüsusi sessiyasında çıxış edib

ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının “Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı”nın 20 illiyinə və onun gələcək icrası ilə bağlı görüləcək işlərin müzakirəsinə həsr olunmuş 29-cu xüsusi sessiyası öz işinə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sessiyada çıxış edərək, ölkəmizdə davamlı sosial-iqtisadi inkişaf şəraitində demoqrafik sabitliyə nail olunması üçün görülən işlər və əldə olunan uğurlar barədə məlumat verib.

 

S. Müslümov Azərbaycanda demoqrafik siyasətin ölkənin milli və demoqrafik xüsusiyyətlərinə, sosial-iqtisadi şəraitinə uyğun şəkildə aparıldığını, 2025-ci ilədək dövr üçün ölkənin əhali sakinliyi və demoqrafik inkişaf üzrə Dövlət Proqramının hazırlandığını qeyd edib. O, bu prosesdə mötəbər beynəlxalq qurumlarla, o cümlədən BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlığın roluna toxunub və bunun qeyd olunan Fəaliyyət Proqramının səmərəli icrası baxımından da əhəmiyyətini vurğulayıb: “Məlum olduğu kimi, BMT-nin Minilliyin İnkişaf Məqsədləri 2015-ci ilədək dövrü əhatə edir və hazırda növbəti dövr üçün yeni təşəbbüslər hazırlanır. Bununla bağlı olaraq, hesab edirəm ki, hazırkı sessiyada irəli sürüləcək tövsiyələr əvvəlki məqsədlərin davamı kimi özünü göstərməlidir və bu tövsiyələr BMT-nin yeni dövr üçün inkişaf Bəyannaməsinin əsasını təşkil edə bilər”.

 

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində dünyada sosial birlik məsələlərinin həlli ilə bağlı əməkdaşlığa töhfə vermək əzmində olduğunu bildirən S.Müslümov 1994-cü ildə qəbul olunmuş “Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı”ndakı məqsədlərin icrası istiqamətində ölkəmizdə bundan sonra da məqsədyönlü səylərin göstəriləcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541

Oxşar yazılar