Səlim Müslümov  Gəncədə vətəndaşları qəbul edəcək
05 iyun 2013 11:00 (UTC +04:00)

Səlim Müslümov Gəncədə vətəndaşları qəbul edəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov  iyunun 12-də saat 10.00-da DSMF-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin inzibati binasında Gəncə, Yevlax, Naftalan şəhərlərində, Samux, Göygöl, Goranboy, Kəlbəcər və Daşkəsən rayonlarında yaşayan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, qəbulda iştirak etmək üçün iyunun 12-də Yevlax və Naftalan şəhər, Daşkəsən və Goranboy rayon sakinlərinin səhər saat 08.00-da, Göygöl və Kəlbəcər rayonlarının sakinlərinin isə saat 09.00-da Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gəncə şəhərinə aparılıb gətirilmələri təmin olunacaq.

 

Qəbula yazılmaq və əlavə məlumat almaq üçün  [email protected] elektron poçt ünvanı, habelə Fondun Aparatında (012)-434-12-34 nömrəli, Fondun Gəncə şəhəri Kəpəz rayon şöbəsində isə 022-255-15-52 nömrəli telefonla əlaqə saxlamaq olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647
avatar

Oxşar yazılar