Şəkidə Gənclər Festivalı keçiriləcək
01 may 2014 11:15 (UTC +04:00)

Şəkidə Gənclər Festivalı keçiriləcək

Mayın 2-də Şəki şəhərindəki “Xan sarayı”nda  Gənclər və İdman Nazirliyinin layihəsi olan "Tarixin canlı səhifələri" adlı Gənclər Festivalı keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tarixi rekonstruksiya formatında təşkil edilən festivalın əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda  tərbiyə etmək, onların tariximizə olan marağını elə özlərinin oynayacağı kiçik səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş səhnələrini gənclərə əyani olaraq çatdırmaqdır.

 

Bütün dünyada geniş yayılan tarixi rekonstruksiya hərəkatı bu günədək Azərbaycanda öz əksini tapmayıb. Məhz bu formatda keçirilən “Tarixin canlı səhifələri” festivalı ölkədə ilk dəfə keçiriləcək.

 

Festival  orta əsrlərdən günümüzə qədər olan tarixi dövrü əhatə edir. Azərbaycanın tarixi qəhrəmanlarından olan Cavanşirin, müstəqilliyimiz uğrunda ərəblərlə mübarizə aparan Babəkin, bütöv Azərbaycanı ilk dəfə vahid halda birləşdirən Şah İsmayıl Xətainin, məşhur Şəki xanı Hacı Çələbinin, Gəncənin müstəqilliyi uğrunda öz canından keçən Cavad xanın həyatı tələbə və aktyorlar tərəfindən canlandırılacaq. Eyni zamanda festival çərçivəsində o dövrə xas olan mədəniyyət, məişət və ənənələr də geniş şəkildə təqdim olunacaq.

 

Qeyd edək ki, 200 nəfərədək tələbənin qatılacağı festival Azərbaycanın ümummilli lider, müstəqilliyimizin banisi Heydər Əliyevin 91-ci ildönümünə həsr edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar

Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI

Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI

13 iyul 2025 , 14:29