Bakı Sağlamlıq Mərkəzində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumatda qeyd olunur ki, Bakı Sağlamlıq Mərkəzinin həkim və orta tibb işçilərinin vakant vəzifələrinin tutulması üçün müsabiqə elan edilib.
Artıq sənədlərin qəbuluna da başlanılıb.
Onu da xatırladaq ki, Bakı Sağlamlıq Mərkəzinin prezidentin iştirakı ilə açılışı yanvarın 7-də olub.