Səhiyyə Nazirliyi çimərliklərdə araşdırmalara başlayıb
26 may 2014 14:12 (UTC +04:00)

Səhiyyə Nazirliyi çimərliklərdə araşdırmalara başlayıb

0

 

 

“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərlik mövsümünün yaxınlaşması ilə əlaqədar Abşeron yarımadasında yerləşən çimərliklərdə araşdırmalara start verib”. Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib. O qeyd edib ki, yoxlamalar artıq bir həftəyə yaxındır ki, başlayıb: “Qaradağ və Səbail rayonları ərazisində yerləşən çimərliklərdə yoxlamalarımız başa çatıb. Hazırda Pirallahı və Suraxanı rayonları ərazisində yerləşən çimərliklərdə araşdırma aparılır”.

 

Z. Kazımovun sözlərinə görə, yoxlamalar zamanı Abşeron yarımadasının çimərliklərindən dəniz suyu nümunələri götürülür: “Dəniz suyu nümunələri bakterioloji və digər göstəricilərə uyğunluq baxımından tədqiq edilir. Həmçinin çimərliklərdəki sanitar vəziyyət yoxlanılır”.

 

RGEM rəsmisi onu da vurğulayıb ki, yoxlamalar tap bitdikdən sonra mətbuata nəticələr barədə məlumat veriləcək.

 

Qeyd edək ki, çimərlik mövsümünə iyunun birindən start veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 740

Oxşar yazılar