“Dərmanların əlavə təsirləri ilə əlaqədar may ayında 12 nəfər xəstəxanaya müraciət edib”. Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. O qeyd edib ki, əsasən vitamin və antibiotik dərmanlardan zəhərlənmə ilə bağlı müraciətlər daxil olub. “Ötən ilə nisbətən bu il dərmanların əlavə təsirləri ilə əlaqədar xəstəxanaya müraciət edənlərin sayı azalıb”.
A. Maqsudov onu da qeyd edib ki, ağacların çiçəkləməsi ilə əlaqədar allergiyaya tutulanlar olub: “Həmin şəxslər xəstəxanaya daxil olmayıb. Sadəcə bununla bağlı 6 nəfər həkimə müraciət edib”.
Şöbə müdirinin sözlərinə görə, alkoqolla əlaqədar hər həftə 5-7 nəfər Klinik Tibbi Mərkəzə gətirilir.