Səhiyyə Nazirliyi  “Elektron Hökumət” portalını təqdim edib
20 dekabr 2013 20:16 (UTC +04:00)

Səhiyyə Nazirliyi “Elektron Hökumət” portalını təqdim edib

Səhiyyə Nazirliyi “Elektron Hökumət” portalı vasitəsilə daha iki elektron xidmətini təqdim edib. Nazirlikdən APA-ya verilən xəbərə görə, “Elektron hökumət” portalına (www.e-gov.az) təqdim olunan “Beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi üçün müraciətlərin və sənədlərin qəbulu” və “Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu” adlı elektron xidmətlər daxildir.

“Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu” adlanan xidmət vasitəsilə tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar, “Beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi üçün müraciətin və sənədlərin qəbulu” adlı xidmət vasitəsilə isə beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi üçün müraciətin və sənədlərin qəbulu mümkündür. Xidmətdən istifadə etmək üçün istifadəçi portalda Səhiyyə Nazirliyinin sözügedən elektron xidmətini seçməklə tələb olunan məlumatları daxil edərək müraciətini və sənədlərini göndərə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766
avatar

Oxşar yazılar