Səhiyyə Naziri Gəncə ilə bağlı əmr imzalayıb
12 aprel 2016 11:43 (UTC +04:00)

Səhiyyə Naziri Gəncə ilə bağlı əmr imzalayıb

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əmrdə Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 24.02.2016-cı il tarixli 1805 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə Səhiyyə Nazirliyinin Təbirlər Planının təsdiq edilməsi, görülən işlər barəsində vaxtaşırı Səhiyyə Nazirliyinə məlumatların verilməsi tapşırılır.

 

Tədbirlər Planında Səhiyyə Nazirliyinin tabeliyində olan tibb kollecləri tələbələrinin iştirakı ilə Gəncə Tibb Kollecində gənclərin tərbiyəsində mühüm rol oynayan “Erkən nigahların, pis adətlərin sağlamlığa mənfi təsiri” mövzusunda elmi-praktik konfransın keçirilməsi, Gəncə şəhərində "Gənclərin keçmişi və bu günü” mövzusunda elmi-praktik konfransın keçirilməsi, Gəncə Tibb Kollecinin tələbələri arasında intellektual inkişafı gücləndirtmək məqsədilə bilik yarışının, Gəncə Tibb Kollecinin tələbələrinin iştirakı ilə “2016-cı il Avropa gənclər paytaxtı” devizi altında idman yarışlarının kecirilməsi nəzərdə tutulub.

 

Eyni zamanda Planda zərərli vərdişlərin profilaktikası, sağlam həyat tərzinin təbliği, piylənmə və səhiyyənin başqa aktual problemləri haqqında ali və orta təhsil müəssisələrin gəncləri üçün həkim-mütəxəssislərin görüşləri və mühazirələrin təşkili, əhali arasında məişət zorakılığın mənfi tibbi-psixoloji nəticələrinin izahı, məişət zorakılığının qarşısının alınmasına yönəlmiş qabaqlayıcı maarifləndirmə tədbirlərinin keçirməsi planlaşdırılıb.

 

Gəncə şəhər Səhiyyə İdarəsinin tabeliyində olan müəssisələr tərəfindən nikaha daxil olan gənclərin ailənin planlaşdırılması məsələsi üzrə mütəxəssislər tərəfindən məsləhətlərin verilməsi təminatı, Gəncə şəhərində İnstitutun «Gənc alimlər və rezidentlərin» elmi-praktiki konfransların keçirilməsi və digər məsələlər də Tədbirlər Planında öz əksini tapıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Oxşar yazılar