Səhiyyə naziri Budapeştdəki “Azərbaycan Səhiyyə Forumu”nda iştirak edib
05 iyun 2013 20:19 (UTC +04:00)

Səhiyyə naziri Budapeştdəki “Azərbaycan Səhiyyə Forumu”nda iştirak edib

Səhiyyə naziri Oqtay Şirəliyev Budapeştdə keçirilmiş “Azərbaycan Səhiyyə Forumu”nda iştirak edib.

 

APA-nın xəbərinə görə, forum Macarıstan Ticarət və İnvestisiya Agentliyinin (HİTA) təşəbbüsü ilə təşkil edilib. Səfər proqramı Macarıstan Respublikasının İnsan Resursları naziri Zoltan Baloq və Dövlət Səhiyyə Katibi Mikloş Zoşka ilə görüşlə başlayıb.

 

Görüşdə macar nazir ölkəsinin Avropa Şurasında fəaliyyəti ilə bağlı strateji istiqamətlərini vurğulayıb və Şərq Tərəfdaşlığı çərçivəsində digər ölkələrlə və xüsusilə də Azərbaycan Respublikası ilə əməkdaşlıq əlaqələrinin müstəsna əhəmiyyətini bir daha qeyd edib.

 

O. Şirəliyev ölkədə səhiyyə və tibb elmi sahəsində aparılan islahatlardan, tibbi təhsil sistemində olan yeniliklərdən, həkimlərin tibbi sertifikasiya və tibbi rezidentura sisteminin tətbiqi haqqında məlumat verib. Nazir həmçinin öz çıxışında son illər Azərbaycanda yeni tikilən səhiyyə müəssisələrinin təchizatı, habelə ən son tibbi texnologiyaların tətbiqi və bunların içərisində macar istehsalı olan əczaçılıq və tibbi texnologiyaların da olduğunu vurğulayıb.

 

Səfər proqramının yekunu olaraq İqtisadi Əməkdaşlıq üzrə Macarıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri, Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Katibi Piter Siarto ilə görüş keçirilib.

 

P.Siarto Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynadığını, ölkələrimiz arasında iqtisadi, ticarət və humanitar sahədə məhsuldar əməkdaşlıq əlaqələrinin mövcudluğundan danışıb.

 

Azərbaycan tərəfi öz növbəsində bildirib ki, Azərbaycanla Macarıstan arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Saziş imzalanmayıb. Sazişin olmamağına rəğmən ölkələr arasında səhiyyə və sosial sahədə məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar