Şəhid ailə başçısı Şükufə Abbasova prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevadan ağır xəstə olan qızı Nilufərə görə kömək üçün müraciət edib. Lent.az-ın məlumatına görə, Ş. Abbasova müraciətdə xərçəngə meylli vitilgiya xəstəsi qızı üçün yardım edilməsini xahiş edir.
Ş. Abbasova 1992-ci Şuşa şəhərindən qaçqın düşüb. Həyat yoldaşı Sabir Rüstəmov 1992-ci ildə Daşaltı əməliyyatı zamanı şəhid olub. Hazırda Bakıda kirayənişin yaşayırlar. Şuşa Humanitar Kollecində işləyən Abbasovanın aylıq əmək haqqı 150 manatdır. Bundan başqa prezident tərəfindən şəhid ailələrinə təyin edilən 200 manat təqaüd alır.
Həkimlər bildirirlər ki, Nilufərin müalicəsi ancaq xaricdə mümkündür. Ş. Abbasova son ümid kimi birinci xanım Mehriban Əliyevaya müraciət edib qızımın həyatını xilas edilməsi üçün onun xaricdə müalicəsini təmin etməyinizi xahiş edir.