Şəhid ailələri ilə bağlı tədbirlər planı hazırlanacaq
23 iyun 2014 12:02 (UTC +04:00)

Şəhid ailələri ilə bağlı tədbirlər planı hazırlanacaq

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamı qeyd olunan təbəqələrdən olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm irəliləyişlərə nail olunmasını təmin edir”. Bunu Lent.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elman Babayev bildirib. O qeyd edib ki,  bu sərəncam ötən ilin dekabr ayı da daxil olmaqla dövlət başçısı tərəfindən sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial rifah halının yüksəldilməsi məqsədilə imzalanan artıq 10-cu sənəddir. “Sərəncam icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə dayanan, ümumilikdə 5731 nəfər Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin olunmasını nəzərdə tutur. “Sərəncama uyğun olaraq, ƏƏSMN müvafiq tədbirlər planı hazırlayaraq, prezidentlə razılaşdırmaqla həyata keçirəcək”.

O qeyd edib ki, yerli icra hakimiyyəti orqanları ƏƏSMN-nin müraciəti əsasında əlil və şəhid ailələri üçün fərdi ev tikintisinin aparılması üçün torpaq sahələrinin ayrılmasını təmin edərək, bu barədə ölkə prezidentinə məlumat verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar