Şəffaflıq Koalisiyasının Ümumi Yığıncağı keçiriləcək
05 dekabr 2013 10:07 (UTC +04:00)

Şəffaflıq Koalisiyasının Ümumi Yığıncağı keçiriləcək

Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası özünün növbəti XVII Ümumi Yığıncağına hazırlaşır.

Bu barədə Lent.az-a MSŞT Koalisiyasının mətbuat xidmətindən məlumat verilib.  Koalisiya ildə bir dəfə Ümumi Yığıncaq keçirir. Budəfəki Ümumi Yığıncaqda Koalisiyanın idarəedici orqanlarına  - Şura və Monitorinq Qrupuna seçki keçiriləcək.  

Ümumi Yığıncaqda Koalisiya Şurasının və Monitorinq Qrupunun hesabatı təqdim olunacaq. Tədbirdə hökumət komissiyası təmsilçiləri,  Dünya Bankının ölkə direktoru,   “Ödədiyini açıqla” Koalisiyasının beynəlxalq direktoru, Böyük Britaniyanın Azərbaycandakı səfiri, eləcə də digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.  Bir neçə paneldən ibarət olacaq yığıncaqda Azərbaycanda MSŞT-nin yeni standartlarının tətbiqi, real vəziyyət və problemlər müzakirə olunacaq. Bundan başqa, Koalisiyanın strateji hədəflərinin müəyyənləşdirilməsi də yığıncağın gündəliyinə salınıb.

Qeyd edək ki,  Ümumi Yığıncaq dekabrın 13-də  keçiriləcək

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593
avatar

Oxşar yazılar