Şaxta babaların müraciətlərinin qəbuluna başlanılıb
04 dekabr 2013 15:27 (UTC +04:00)

Şaxta babaların müraciətlərinin qəbuluna başlanılıb

Yeni il bayramı ərəfəsində Bakı şəhərində Şaxta baba fəaliyyəti göstərmək üçün vətəndaşlardan müraciətlərin qəbuluna başlanıb.


 

Bu barədə APA-ya Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib.

 

Ə. Bağırov deyib ki, hər il dekabr ayının əvvəllərində müraciətlərin qəbulu başlanır. Şaxta baba olmaq istəyənlər üçün verilən icazənin məbləği də dəyişməyib və əvvəlki illərdə olduğu kimi, 60 manatdır.

 

Departament Bakı Dənizkənarı Bulvarı istisna olunmaqla, paytaxtın bütün rayonlarında Şaxta baba fəaliyyəti üçün icazə verir. İcazə alan şəxslər yanvar ayının 13-dək Şaxta baba fəaliyyəti göstərə bilərlər. Ötən il departament tərəfindən ümumilikdə 20 nəfərə bu cür icazə verilib.

 

Ə. Bağırov onu da qeyd edib ki, Yeni il bayramına hazırlıqla əlaqədar yaxın günlərdə paytaxtın Fəvvarələr Meydanında Ticarət və Xidmət Departamentinin təşkilatçılığı ilə yarmarka açılacaq. Yeni ilədək davam edəcək yarmarkada aşağı qiymətlərlə Yeni il bayramında istifadə olunan şam ağacları, onların aksessuarları və s. satılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969
avatar

Oxşar yazılar