Şaxta, güclü külək və qar - <span style="color:red;">SABAH
21 fevral 2015 12:30 (UTC +04:00)

Şaxta, güclü külək və qar - SABAH

Bakıda və Abşeron yarımadasında fevralın 22-də hava şəraiti yağıntılı olacaq, qar yağacaq., axşama doğru tədricən kəsiləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Lent.az-a bildirib ki, güclü şimal-qərb küləyi sabah axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 0-2 şaxta, gündüz 1-4 dərəcə isti olacaq.

Rayonlara gəlincə, sabah fasilələrlə yağıntılı olacaq. Sulu qar və qar yağacaq. Bəzi yerlərdə yağıntının intensiv olacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntı kəsiləcək. Qərb küləyinin arabir ayı-ayrı yerlərdə güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-5 şaxta, gündüz 0-5 isti, dağlıq rayonlarda gecə 7-12 şaxta, gündüz 2-6 dərəcə şaxta olacaq.

 

A. Verdiyev bildirib ki, hazırda Bakıda güclü şimal-qərb küləyi əsir. Ölkə ərazisində daha çox yağıntı cənub bölgəsində müşahidə edilib. Lerikdə qar örtüyü 35 sm olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 108

Oxşar yazılar