Şirvan ərazisinə daxil 2 qəsəbə, 48 kəndi özündə birləşdirən, 136 min nəfər əhalisi olan Salyan rayonunda da geniş miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir.
“Azərişıq” ASC-dən Lent.az-a verilən məlumata görə, istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün qurum tərəfindən son iki ildə 3 ədəd yeni yarımstansiya inşa edilib. BU yarımstansiyalar 30 mindən artıq istehlakçının dayanaqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatını tam olaraq təmin edib.
Rayon ərazisində 37 ədəd müxtəlif güclü yeni komplekt transformator məntəqəsi quraşdırılıb istismara verilib. 32 km yeni 35 kV-luq hava elektrik verilişi xətti tikilib istifadəyə verilərək Salyan və Sabirabad rayonları arasında dairəvi sxem yaradılıb, 42,6 km hava elektrik verilişi xətti əsaslı təmir edilib. Aparılan yenidənqurma işləri nəticəsində Salyan EŞ-nin qoyuluş gücü 63.7 MVA artırılıb.
Hazırda rayonun Xıdırlı, Qaraçala və Kötəl kəndləri, ö cümlədən Ələt qəsəbəsinə yaxın 0,4 kV-luq şəbəkələrin tam yenidən qurulması istiqamətində 2.500-ə yaxın abonenti əhatə edən ərazilərdə yenidənqurma və bərpa işləri aparılır.