Salatın Əsgərovaya haqda sәnәdli film çəkilib
24 noyabr 2015 10:31 (UTC +04:00)

Salatın Əsgərovaya haqda sәnәdli film çəkilib

Noyabrın 23-ü Bakı Şәhәr İcra Hakimiyyәti başçısı Aparatının Kino Xidmәti İdarәsi “Milli Qәhrәmanlar” sәnәdli filmlәr hәftәsi çərçivəsində rejissor İsmayıl Zeynalovun çəkdiyi Milli Qәhrәman Salatın Əsgərovaya hәsr olunan “23” adlı sәnәdli filmin tәqdimatı keçirilib.

Lent.az-ın məlumatına görə, Nizami kino mərkəzində baş tutan tədbirdə Milli Qәhrәman Salatın Əsgərovanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kino Xidmәti İdarәsinin rәisi Gültəkin Nəriman Milli Qәhrәman Salatın Əsgərovanın ömür yolunun gәnc nәslә örnәk olduğundan danışaraq bildirib ki, belә tәdbirlәrdә mәqsәd zaman-zaman Azәrbaycana xidmәt etmiş, ölkәmizin әrazi bütövlüyü uğrunda canından keçәrәk şәhidlik zivәsinә ucalmış mәrd oğul vә qızlarımızın vәtәnpәrvәrliyini, onların nәsillәrә örnәk ola bilәcәk hәyat yolunu tәbliğ etmәkdir.

Təqdimatda filmin ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazışı Ramiz Rövşən, Azərbaycanın xalq artistləri Flora Kərimova, kinorejissor Yalçın Əfəndiyev, Azər Zeynalov, Ailә Qadın, Uşaq Problemlәri üzrә Dövlәt Komitәsi, Ombusman Aparatı, Yasamal rayon İcra Hakimiyyәti, Qarabağ müharibəsi veteranlar, Əlillər və Şəhid ailələri İctimai birliyinin sədri Bəhram Şeydayev,Yasamal Ağsaqqallar Şurasının sədri akademik Kərəm Kərəmov, Müharibə və Əmək Veteranları İctimai Birliyinin sədri Almaz Qasımova, Salatın Əsgərovanın qələm dostu Nigar Məcidova, kütlәvi informasiya vasitәlәrinin әmәkdaşları iştirak edib.

Tədbirdə “23” adlı sәnәdli filimi nümayiş olunub.  Milli Qәhrәman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov da tәdbirdә çıxış edib.

Qeyd edək ki, jurnalist Salatın Əsgərova "Molodejğ Azerbaydjana" qəzetinin müxbiri işləyib. O, 1991-ci il yanvarın 9-u Laçından Şuşaya gedərkən Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşərək, qətlə yetirilib.

 

 

# 273
avatar

Oxşar yazılar

Çaylarda suyun səviyyəsi izlənilir

Çaylarda suyun səviyyəsi izlənilir

26 may 2024 , 17:29
İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

26 may 2024 , 17:00
Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

26 may 2024 , 15:46
Üç bürc üçün  pul çay kimi   axacaq – Bu gündən

Üç bürc üçün pul çay kimi axacaq – Bu gündən

26 may 2024 , 14:33
II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

26 may 2024 , 14:30
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

26 may 2024 , 11:00
Əfv olunan qadınlar azadlığa buraxıldı

Əfv olunan qadınlar azadlığa buraxıldı

26 may 2024 , 10:35
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17