“2013/2014-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı”nın növbəti mərhələsi başlayıb. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Martın 1-dən mayın 15-dək davam edəcək bu mərhələdə ümumtəhsil məktəbləri əlaqələndiriciləri tərəfindən sağlamlıq imkanları məhdud şagirdlər haqqında məlumatlar “Şagird-məzun” sistemində qeyd edilməli və təhsil müəssisələri tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında sağlamlıq imkanları məhdud şagirdlərin siyahısı TQDK-ya təqdim edilməlidir.
Ümumtəhsil məktəblərindən xahiş edilir ki, yerinə yetirilməli olan işlərin göstərilən müddət ərzində icra edilməsini təmin etsinlər.