Kənd Təsərrüfatı Nazirliyinin keçmiş şöbə müdiri Sabir Vəliyevə yeni vəzifə verilib. Lent.az-ın “movqe.az”-a istinadən məlumatına görə, Nazirliyin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin sabiq müdiri Sabir Vəliyev “Tovuz Baltiya LTD”nin nəzdindəki “Azərfrans” şirkətinə baş direktor təyin edilib. Məlumatı “Tovuz Baltiya LTD”dən də təsdiqləyiblər.
Xatırladaq ki, kənd təsərrüfatı nazirinin bu ilin martın 17-də verdiyi əmrlə Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyevlə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.